Əsas Səhifə > Maraq > PFL-in prezidenti Avropa Liqaları Təşkilatının seminarına qatılıb
PFL-in prezidenti Avropa Liqaları Təşkilatının seminarına qatılıb17-02-2023, 23:07 |
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Avstriyanın paytaxtı Vyanada səfərdədir. E.Səmədov Avropa Liqaları Təşkilatının Avstriya Bundesliqası ilə birgə təşkil etdiyi seminara qatılıb. BrendSport.az xəbər verir ki, iclas zamanı Avropa Liqaları Təşkilatına üzv olan ölkələrin nümayəndələri ilə görüşən liqanın prezidenti hazırda gündəmdə olan məsələlərin müzakirəsi ilə yanaşı, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı da fikir mübadilələri aparıb. Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Liqaları Təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. PFL 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Hazırda sözügedən təşkilatla əməkdaşlığın daha da genişləndirilməsi və beynəlxalq təcrübənin PFL bayrağı altında keçirilən liqalarda tətbiq olunması daha da aktuallaşıb. Geri qayıt |