Əsas Səhifə > Maraq > Çempionatdan çəkildilər
Çempionatdan çəkildilər17-02-2023, 16:55 |
![]() Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırıb. BrendSport.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib. O, 2-ci Liqadan “Diyarbakırspor”, 3-cü Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un çempionatdan çəkildiyini bildirib. Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarında mübarizə apara biləcəkər. Xatırladaq ki, daha əvvəl “Hatayspor” və “Qaziantep”in Superliqada, “Yeni Malatyaspor”la “Adanaspor”un 1-ci Liqada, “Adıyaman”ın 2-ci Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un isə 3-cü Liqada çıxışını dayandırdığı açıqlanmışdı. Geri qayıt |