Əsas Səhifə > Maraq > Nəriman Abbasov: "UFC-yə düşmək üçün yenidən cəhd edəcəyəm"

Nəriman Abbasov: "UFC-yə düşmək üçün yenidən cəhd edəcəyəm"


11-02-2023, 10:51


"UFC-yə düşmək üçün yenidən cəhd edəcəyəm".

BrendSport.az
xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Nəriman Abbasov "sports.kz" nəşrinə açıqlamasında deyib.

29 yaşlı idmançı bildirib ki, bütün idmançılara ikinci şans verilir: "Mən də bundan istifadə etmək istərdim. Açığı, bu turnirdə döyüşmək arzu deyil. Amma özümü orada sınamaq istərdim. Axı bütün güclü döyüşçülər UFC-dədir".

Abbasov Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq "Naiza Fighting Championship" turnirində yerli idmançı Fanil Rafikova qarşı keçirəcəyi döyüşə də toxunub: "Rəqibi analiz edib hazırlaşıram. Qazaxıstan mənim ikinci vətənimdir. Ümid edirəm ki, buradakı qohumlarım və digər sakinlər mənə azarkeşlik edəcəklər".

Qeyd edək ki, Nəriman Abbasovla Fanil Rafikov arasında döyüş martın 18-də "Jekpe Jek" idman kompleksində keçiriləcək.
Geri qayıt