Əsas Səhifə > Maraq > Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar
Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar4-02-2023, 10:15 |
Bu gün Azərbaycanın üç cüdoçusu Parisdə start götürəcək “Böyük dəbilqə” turnirində mübarizəyə qoşulacaq. BrendSport.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. Yaşar Nəcəfov (66 kq) eyni raundda An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq. Nurlan Osmanov (73 kq) 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək. Fevralın 5-də yekun vurulacaq turnirdə 85 ölkədən 535 idmançı iştirak edəcək. Geri qayıt |