Əsas Səhifə > Maraq > “Barselona” Umtitini itirdi

“Barselona” Umtitini itirdi


3-12-2017, 16:38


“Barselona” ciddi itki ilə üzləşib. Kataloniyalıların müdafiəçisi Umtiti uzun müddətə sıradan çıxıb.

“Selta” ilə oyunda zədələnən fransalı oyunçunun vəziyyətinə aydınlıq gəlib. Klubdan verilən açıqlamada onun 8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm 19 oyunda meydana çıxıb.
Geri qayıt