Əsas Səhifə > Maraq > İlin ilk ayında ən çox qol vurmuş futbolçular bəlli olub

İlin ilk ayında ən çox qol vurmuş futbolçular bəlli olub


1-02-2023, 12:00


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ilk ayında ən çox qol vurmuş futbolçuları açıqlayıb.

BrendSport.az
IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Əlcəzairin "USM Alger" klubunda çıxış edən Aymen Mahious başçılıq edir.

26 yaşlı hücumçu yanvarın 1-dən fevralın 1-dək 5 dəfə fərqlənib.

İkinci yerdə Vyetnamın "Binh Duonq" komandasından 4 qolla Nquyev Tien Linh qərarlaşıb.
Geri qayıt