Əsas Səhifə > Maraq > Elçin Məsiyev UEFA Gənclər Liqasının oyununda hakimlik edəcək

Elçin Məsiyev UEFA Gənclər Liqasının oyununda hakimlik edəcək


27-01-2023, 16:30
Elçin Məsiyev UEFA Gənclər Liqasının oyununda hakimlik edəcək


FIFA referisi Elçin Məsiyev 2023-cü ildə ilk beynəlxalq oyuna təyinat alıb.
BrendSport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, E.Məsiyev UEFA Gənclər Liqasının pley-off mərhələsi çərçivəsində Ukraynanın “Rux” (Lvov) və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək oyunun baş hakimi olacaq. Ona Rəhman İmamı və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Yatsek Malişek (Polşa) yerinə yetirəcək.
“Rux” – “İnter” matçı fevralın 8-də Polşada keçiriləcək.
Geri qayıt