Əsas Səhifə > Maraq > Azərbaycanın konkisürəni Avropa Gəncləri Qış Olimpiya Festivalında çıxış edib

Azərbaycanın konkisürəni Avropa Gəncləri Qış Olimpiya Festivalında çıxış edib


25-01-2023, 19:50
Azərbaycanın konkisürəni Avropa Gəncləri Qış Olimpiya Festivalında çıxış edib


Yanvarın 25-də Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən gənc idmançımız Səbinə Əliyeva 2023-cü il Avropa Gəncləri Qış Olimpiya Festivalında qısa proqram üzrə öz çıxışını edib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, atletimiz 30 iştirakçı ölkə arasında 45,27 xal toplayaraq 10-cu yeri tutub.
Qeyd edək ki, Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də olacaq. İdmançımız sərbəst proqram üzrə çıxış edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.
Geri qayıt