Əsas Səhifə > Maraq > “Qarabağ” yoxlama oyununda Polşa klubuna uduzub
“Qarabağ” yoxlama oyununda Polşa klubuna uduzub18-01-2023, 20:55 |
Ağdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda məğlub olub. BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Poqon” klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan çempionunun heyətində qolları Marko Yankoviç və Abdullah Zubir vurublar. “Qarabağ” bu gün iki yoxlama görüşü keçirib. Günün ilk matçda komandamız Serbiyanın “Çukariçki” klubuna qalib gəlib – 1:0. Qeyd edək ki, yanvarın 13-də “Qarabağ” ilk yoxlama matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə uduzub. Geri qayıt |