Əsas Səhifə > Maraq > “Qalatasaray”da daha bir müqavilə
“Qalatasaray”da daha bir müqavilə17-01-2023, 19:00 |
İstanbulun “Qalatasaray” klubu yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini uzadıb. BrendSport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. On doqquz yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2025/2026-cı il mövsümünün sonunadək İstanbul klubunda qalacaq. Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi İstanbul klubunun əsas komandasında 3 oyun keçirib. “Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı. Geri qayıt |