Əsas Səhifə > Maraq > Qadın futbolçulardan ibarət millimizin üzvü “Zenit”də

Qadın futbolçulardan ibarət millimizin üzvü “Zenit”də


17-01-2023, 18:18
Qadın futbolçulardan ibarət millimizin üzvü “Zenit”də


Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiyada klubunu dəyişib.
BrendSport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Zenit”ə keçib. Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, N.Mirzəliyeva daha əvvəl Kazanın “Rubin” klubunda çıxış edirdi. O, 2019-cu ildən Azərbaycan millisinin üzvüdür.
Geri qayıt