Əsas Səhifə > Maraq > "Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq Qarabağın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq Qarabağın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq17-01-2023, 10:00 |
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb. BrendSport.az xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb: "Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq". Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək. Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür. Geri qayıt |