Əsas Səhifə > Maraq > Həndbol: Böyük Britaniya millisindən Bakıda böyükhesablı qələbə

Həndbol: Böyük Britaniya millisindən Bakıda böyükhesablı qələbə


15-01-2023, 15:00
Həndbol: Böyük Britaniya millisindən Bakıda böyükhesablı qələbə


Kişi həndbolçulardan ibarət Böyük Britaniya millisi Bakıda növbəti qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, komanda 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirində Malta millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda Böyük Britaniya millisi rəqibini 44:14 hesabı ilə məğlub edib.
Qeyd edək ki, britaniyalılar ilk oyunda Kipr seçməsi ilə heç-heçə ediblər - 25:25. İkinci turda komanda Azərbaycan millisini 39:22 hesabı ilə məğlub edib.
Təsnifat turnirinə saat 15:00-da start götürəcək Azərbaycan–Kipr oyunu ilə yekun vurulacaq.
Geri qayıt