Əsas Səhifə > Maraq > Azərbaycan çempionu “Qarabağ”ın ilk sınağı

Azərbaycan çempionu “Qarabağ”ın ilk sınağı


13-01-2023, 11:30
Azərbaycan çempionu “Qarabağ”ın ilk sınağı

Azərbaycan çempionu “Qarabağ” klubu bu gün yoxlama oyunu keçirəcək.
BrendSport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri 2023-cü ildə ilk sınağına çıxacaq.
Yanvarın 4-dən Antalyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisi Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, yanvarın 23-dək qardaş ölkədə olacaq “Qarabağ” yanvarın 18-də iki matça çıxacaq. Təmsilçimiz "Çukariçki" (Serbiya) və "Poqon" (Polşa) ilə üz-üzə gələcək.
Geri qayıt