Əsas Səhifə > Maraq > “Turan Tovuz” İsveçrə klubuna qarşı

“Turan Tovuz” İsveçrə klubuna qarşı


13-01-2023, 11:00
“Turan Tovuz” İsveçrə klubuna qarşı


Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz” klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun komandası İsveçrənin “Aarau” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. “Aarau” İsveçrənin ikinci liqasında çıxış edir.
Qeyd edək ki, ilk yoxlama matçında Rumıniyanın “Petrolul” komandasına uduzan (2:3) "Turan Tovuz" yanvarın 17-də Polşanın “Qurnik” klubu ilə qarşılaşacaq. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq Vətənə dönəcək.
Geri qayıt