Əsas Səhifə > Maraq > “Məqsədimiz 2023-cü ildə keçiriləcək yarışlarda uğurla çıxış etmək və medallarıın sayını artırmaqdır”.

“Məqsədimiz 2023-cü ildə keçiriləcək yarışlarda uğurla çıxış etmək və medallarıın sayını artırmaqdır”.


11-01-2023, 18:00



BrendSport.az xəbər verir ki, bunu “Report”a Zaqatala və Qax Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin məşqçisi Sevda Ramazanova deyib.

S. Ramazanova Milli Gimnastika Arenasında keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib. O, Bakıda 6 günlük hazırlıq keçəcəklərini söyləyib: “Təlim-məşqlərdə uşaqlar ümumi fiziki hazırlığı yüksəldir, alətlərlə işləmə texnikasını öyrənirlər. Bu işdə bizə təcrübəli məşqçi Səbinə Qaratova kömək olur. Toplanış üçün bizə şərait yaradıldığına görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Sevda Ramazanova 2019-cu ildən Zaqatala və Qax Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin məşqçisi kimi fəaliyyət göstərir.
Geri qayıt