Əsas Səhifə > Maraq > Qılıncoynadanlarımız Tunisdə keçiriləcək beynəlxalq turnirə ciddi hazırlaşırlar
Qılıncoynadanlarımız Tunisdə keçiriləcək beynəlxalq turnirə ciddi hazırlaşırlar7-01-2023, 16:35 |
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır. Azərbaycan Qılıncoynatma Federasiyasından BrendSport.az xəbər verir ki, yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-dək davam edəcək. Milli komandaların üzvləri gündə iki dəfə Azərbaycan Texniki Universitetinin idman sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı yanvarın 13-15-də Tunisdə keçiriləcək Qran-Pri turnirinə hazırlıq xarakteri daşıyır. Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq. Geri qayıt |