Əsas Səhifə > Maraq > Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək

Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək


6-01-2023, 19:30
Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək


Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.
Azərbaycan Həndbol Federasiyasından BrendSport.az-a bildiriblər ki, təsnifat turnirində millimiz ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta yığmaları da mübarizə aparacaqlar.
Millimiz ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Həndbolçularımız ertəsi gün Böyük Britaniya, ayın 15-də isə Kipr yığmaları ilə güclərini sınayacaqlar.
Geri qayıt