Əsas Səhifə > Maraq > Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib6-01-2023, 16:00 |
Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. BrendSport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, yanvarın 12-də kişi voleybolçular arasında Yüksək Liqada birinci dövrənin növbəti oyunları keçiriləcək. Həmin gün baş tutacaq ikinci tura saat 16:00-da “Neftçi” - “Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK və “Murov” qarşılaşması keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq. Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada ikinci turun oyunlarına start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC dueli start götürəcək. Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-2-ci yerdə qərarlaşıblar. “Neftçi” və MOİK- isə hələ xal qazanmayıblar. Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında isə birinci turdan sonra hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlinə liderlik edirlər. “Abşeron” və UNEC isə turu xalsız başa vurublar. Geri qayıt |