Əsas Səhifə > Maraq > “Neftçi” klubu Antalyada təlim-məşq toplanışına start verib
“Neftçi” klubu Antalyada təlim-məşq toplanışına start verib6-01-2023, 10:00 |
Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışına start verib. Klubdan BrendSport.az-a bildiriblər ki, komanda bu gün iki məşqə çıxıb. Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. Üç futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voislav Stankoviç və Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub. Qeyd edək ki, komandamız qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq. Geri qayıt |