Əsas Səhifə > Maraq > Formula 1: “Haas” komandası yeni loqosunu təqdim edib
Formula 1: “Haas” komandası yeni loqosunu təqdim edib4-01-2023, 19:05 |
ABŞ-ın Formula 1 komandası “Haas” yeni loqosunu təqdim edib. BrendSport.az xəbər verir ki, loqo komandanın adı ilə baş sponsor “MoneyGram” maliyyə şirkətinin vəhdəti şəklində hazırlanıb. Yeni mövsümdən komanda rəsmi olaraq “MoneyGram Haas F1” kimi tanınacaq. Əvvəllər “Haas”ın sponsoru “Uralkali” olub. Rusiya şirkəti ilə müqaviləyə ötən ilin martında Ukrayna ətrafında baş verən hadisələr fonunda xitam verilib. “Haas” Formula 1-də keçən mövsüm 38 xalla Konstruktorlar kubokunda səkkizinci yeri tutub. 2021-ci il mövsümündə isə komanda xal qazana bilməyib. Geri qayıt |