Əsas Səhifə > Maraq > Millimiz yenidən cənubi koreyalı mütəxəssisə həvalə edilib

Millimiz yenidən cənubi koreyalı mütəxəssisə həvalə edilib


29-12-2022, 22:00
Millimiz yenidən cənubi koreyalı mütəxəssisə həvalə edilib


Taekvondo üzrə Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
BrendSport.az Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, yığma komanda cənubi koreyalı Sun Mi Parka həvalə edilib.


2014-2017-ci illərdə də millinin “sükanı arxasında” olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, “Paris-2024” Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və Olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.
Azərbaycan Olimpiadada yeganə medalı Sun Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçularımız onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib.
Geri qayıt