Əsas Səhifə > Maraq > "Zirə" klubu Təmkin Xəlilzadə ilə müqaviləni ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadə ilə müqaviləni ləğv edib


29-12-2022, 18:00
"Zirə" klubu Təmkin Xəlilzadə ilə müqaviləni ləğv edib

Bakının "Zirə" klubu futbolçusu Təmkin Xəlilzadə ilə yollarını ayırıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub.
Qeyd edək ki, Bakı təmsilçisi mövsümün gedişində Təmkin Xəlilzadəni heyətdən uzaqlaşdırıb, bir müddət sonra geri qaytarıb. O, 2021-ci ilin yayından "Zirə"də çıxış edir.
Geri qayıt