Əsas Səhifə > Maraq > “Çelsi” klubu “Molde”nin hücumçusunu transfer edib

“Çelsi” klubu “Molde”nin hücumçusunu transfer edib


29-12-2022, 06:10
“Çelsi” klubu “Molde”nin hücumçusunu transfer edib


İngiltərənin “Çelsi” klubu yeni transferini açıqlayıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi Norveçin “Molde” və Fil Dişi Sahili yığmasının hücumçusu David Fofan ilə müqavilə imzalayıb.
İyirmi yaşlı futbolçu yanvarın 1-dən yeni komandasına qoşulacaq.
Hücumçu cari mövsüm Norveç klubunun heyətində 29 matça çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt