Əsas Səhifə > Maraq > Azərbaycan voleybolçusu Çin klubu ilə müqavilə imzalayıb
Azərbaycan voleybolçusu Çin klubu ilə müqavilə imzalayıb28-12-2022, 11:12 |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın yeni klubu bəlli olub. BrendSport.az xəbər verir ki, hücumçu karyerasını Çində davam etdirəcək. O, “Şenzen Jonqsay”la müqavilə imzalayıb. Voleybolçu 2022-2023 mövsümünün sonunadək bu klubda çıxış edəcək. Voleybolçumuz mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib. Qeyd edək ki, 2015-2016-cı il mövsümündə “Azərreyl”də çıxış edən O.Əliyeva həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır. Geri qayıt |