Əsas Səhifə > Maraq > Böyük Britaniya səfirliyindən "Qarabağ" azarkeşlərinə xoş xəbər

Böyük Britaniya səfirliyindən "Qarabağ" azarkeşlərinə xoş xəbər


29-08-2017, 16:23


Böyük Britaniyanın Bakıdakı səfirliyi "Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Chelsea” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.

BrendSport.az xəbər verir ki, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb.
Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford "Bric" stadionunda keçiriləcək "Chelsea” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (Report)
Geri qayıt