Əsas Səhifə > Maraq > “Araz-Naxçıvan” klubu 6 futzalçı ilə anlaşıb
“Araz-Naxçıvan” klubu 6 futzalçı ilə anlaşıb22-12-2022, 14:10 |
Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirmək istiqamətində işlər görür. BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, sonuncu ölkə çempionu 6 futzalçı ilə anlaşıb. Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi”də keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək. Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da “Araz-Naxçıvan”ın formasını geyinəcək. Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes də çempionla müqavilə imzalayıb. Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb. Geri qayıt |