Əsas Səhifə > Maraq > Laçın-Xankəndi yolundakı aksiyanın iştirakçıları mundialın final matçını izləyirlər

Laçın-Xankəndi yolundakı aksiyanın iştirakçıları mundialın final matçını izləyirlər


18-12-2022, 19:00
Laçın-Xankəndi yolundakı aksiyanın iştirakçıları mundialın final matçını izləyirlər


Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçılarının Qətərdə keçirilən dünya çempionatının finalını - Argentina- Fransa matçını izləmələri üçün böyük monitor quraşdırılıb.
BrendSport.az-ın müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə mundialın final görüşünü izləyirlər.
Havanın soyuq olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı aksiya davam edir.
Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.
Geri qayıt