Əsas Səhifə > Maraq > Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq1-04-2022, 15:25 |
Cüdoçumuz Orxan Səfərov (66 kq) Antalyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq. BrendSport.az xəbər verir ki, təmsilçilərimiz ilk görüşlərdə, ardıcıl olaraq İsaiah Ramirez (ABŞ), Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) məğlub edərək yarımfinala yüksəlsə də, növbəti qarşılaşmada rəqibi Villian Limaya (Braziliya) ipponla uduzub. O.Səfərov üçüncü yer uğrunda İsrail təmsilçisi Tal Flicker ilə üz-üzə gələcək. Qeyd edək ki, yarışın birinci günündə kişilər arasında 60, 66, qadınlar arasında isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Ümumi mükafat fondu 154 min avro olan turnirdə Azərbaycan 17 idmançı ilə təmsil olunur. Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu iştirak edir. Geri qayıt |