Əsas Səhifə > Maraq > “Böyük dəbilqə” turnirində cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
“Böyük dəbilqə” turnirində cüdoçularımızın ilk rəqibləri müəyyənləşib31-03-2022, 21:25 |
Sabah Antalyada start götürəcək “Böyük dəbilqə” turnirində cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, ümumi mükafat dəyəri 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq. Yarışın birinci günündə kişilər arasında 60, 66, qadınlar arasında isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Belə ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində Turan Bayramov Felipe Dakruz (Livan), Rövşən Əliyev Dilşot Xalmatov (Ukrayna), 66 kiloqram çəkidə Yaşar Nəcəfov Adonis Diaz (ABŞ), Orxan Səfərov isə ABŞ-ın digər təmsilçisi İsaiah Ramirez-Lusian Bors Domitresku cütünün qalibi ilə qarşılaşacaq. Qadınlar arasında isə 48 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova Andrea Stojadinov (Serbiya), Leyla Əliyeva Aliani Kubkarbonnel Julian (Kuba), 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva Qaxar İrmaqambetova (Qazaxıstan) ilə mübarizə aparacaq. Turnirin ikinci günündə qadınların yarışında Günel Həsənli (70 kq) Lidya Brançeva (Bolqarıstan) ilə, kişilər arasında isə Rüstəm Orucov (73 kq) Denislav İvanov (Bolqaristan) - Hektor San Roman Çavez (Kuba) cütünün qalibi, Telman Vəliyev Coşua Qrin (İrlandiya), Elcan Hacıyev (81 kq) Jim Heyjman (Hollandiya), Murad Fətiyev Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə qarşılaşacaqlar. Yarışın üçüncü günündə isə kişilər arasında Rüfət İsmayılov (90 kq) Qeorqi Qramatikov (Bolqaristan), Elmar Qasımov (100 kq) Qriqori Minaskin (Estoniya), Zelim Kotsoyev Nulixan Şarxan (Qazaxıstan) - Mərt Şişmanlar (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində cüdoçularımız İmran Yusifov Marius Fizel (Slovakiya), Uşanqi Kokauri Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) cütünün qalibi ilə görüşəcək. Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparacaq. Geri qayıt |