Əsas Səhifə > Maraq > FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb
FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb31-03-2022, 21:02 |
Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin oyunları davam edir. BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşündə də heç-heçə edib. Xallar bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq. Yarımfinal mərhələsinin digər cavab oyununda Uesli So (ABŞ) ilk qarşılaşmada məğlub etdiyi iranlı Amin Tabatabayiyə uduzduğu üçün hesab bərabərləşib və şahmatçılar qalibi tay-breykdə müəyyənləşdirəcəklər. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar. Turnirə aprelin 4-də yekun vurulacaq. Geri qayıt |