Əsas Səhifə > Maraq > Bu gün Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür

Bu gün Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür


31-03-2022, 11:29
Bu gün Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür


Bu gün – aprelin 1-də Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür.
BrendSport.az xəbər verir ki, Azərbaycanı yarışda 17 idmançı təmsil edir. Kişilər arasında turnirə təmsilçilərimiz Turan Bayramov, Rövşən Əliyev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və İmran Yusifov (hər ikisi +100 kq) qatılıblar. Qadınlar arasında isə cüdoçularımız Leyla Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Günel Həsənli (70 kq) güclərini sınayırlar.
Aprelin 3-dək davam edəcək yarışda 64 ölkədən 500-dən yuxarı cüdoçu iştirak edəcək.
Geri qayıt