Əsas Səhifə > Maraq > FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə ikinci görüşünü keçirəcək

FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə ikinci görüşünü keçirəcək


31-03-2022, 10:58
FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə ikinci görüşünü keçirəcək


Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarımfinal oyunları davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşünü keçirəcək. Şahmatçımızın ABŞ təmsilçisi ilə ilk qarşılaşması heç-heçə başa çatıb. Yarımfinal mərhələsinin digər cavab oyununda Uesli So (ABŞ) iranlı Amin Tabatabayi ilə mübarizə aparacaq.
Yarışın əsasnaməsinə görə, yarımfinal və final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.
Turnirə aprelin 4-də yekun vurulacaq.
Geri qayıt