Əsas Səhifə > Maraq > Qadın güləşçimiz Alyona Kolesnik Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Qadın güləşçimiz Alyona Kolesnik Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib30-03-2022, 16:57 |
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. BrendSport.az xəbər verir ki, çempionatın üçüncü günündə - martın 30-da qadın güləşi üzrə mübarizəyə start verilib. Milli komandamızın üzvü Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb - 3:2. T.Nəsirova dörddəbir finalda Avropa çempionu Miqlena Selişkayla üz-üzə gəlib. Bu qarşılaşmadan Bolqarıstan idmançısı qalib ayrılıb - 10:0. Çempionatda 59 kiloqram çəki dərəcəsində iştirakçılar 2 qrupa bölünüblər. A qrupunda yer alan Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə "tuşe" ilə qələbə qazanıb. A.Kolesnik qrupda növbəti və sonuncu görüşündə almaniyalı Elena Brüggerə də "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq. Geri qayıt |