Əsas Səhifə > Maraq > Rusiya şahmatçısı yarışlardan kənarlaşdırılması ilə bağlı FIDE-nin etika komitəsinin qərarından apellyasiya şikayəti verəcək

Rusiya şahmatçısı yarışlardan kənarlaşdırılması ilə bağlı FIDE-nin etika komitəsinin qərarından apellyasiya şikayəti verəcək


29-03-2022, 18:48
Rusiya şahmatçısı yarışlardan kənarlaşdırılması ilə bağlı FIDE-nin etika komitəsinin qərarından apellyasiya şikayəti verəcək


Rusiyalı qrosmeyster Sergey Karyakin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) etika və nizam-intizam komissiyası tərəfindən yarışlardan kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.
BrendSport.az xəbər verir ki, bu barədə o, TASS agentliyində məlumat verib.
Qeyd edək ki, fevralın 27-də S.Karyakin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəklədiyi açıq məktub dərc edib. Martın 21-də FIDE-nin etika və nizam-intizam komissiyası şahmatçını siyasi mövqeyini ictimailəşdirdiyinə görə altı ay müddətinə təşkilatın himayəsi altında keçirilən yarışlardan kənarlaşdırıb.
Geri qayıt