Əsas Səhifə > Maraq > FIDE Qran-Pri seriyası: Şəhriyar Məmmədyarov üçüncü mərhələnin beşinci turda Leyner Dominqes ilə qarşılaşacaq
FIDE Qran-Pri seriyası: Şəhriyar Məmmədyarov üçüncü mərhələnin beşinci turda Leyner Dominqes ilə qarşılaşacaq27-03-2022, 12:29 |
Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi davam edir. BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşinci turda ABŞ təmsilçisi Leyner Dominqes ilə qarşılaşacaq. Şahmatçımız ötən 4 turda 2,5 xal toplayıb. O, hazırda öz qrupunda Leyner Dominqes ilə 1-2-ci pillələri bölüşür. Qeyd edək ki, B qrupunda digər şahmatçılar - almaniyalı Vinsent Keymer 2, Rusiya təmsilçisi Daniil Dubov 1 xal toplayıblar. Turnirdə ümumilikdə 16 şahmatçı iştirak edir. Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq. Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurduğundan yarımfinala yüksələ bilməyib. Geri qayıt |