Əsas Səhifə > Maraq > Xorvatiyanı Bakıda keçiriləcək dünya kuboku yarışlarında dörd gimnast təmsil edəcək
Xorvatiyanı Bakıda keçiriləcək dünya kuboku yarışlarında dörd gimnast təmsil edəcək24-03-2022, 17:30 |
Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Mötəbər yarışda 35 ölkədən 151 idmançının iştirakı gözlənilir. BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, dünya kuboku yarışında iştirak edəcək Xorvatiya yığma komandasının heyəti açıqlanıb. Yarışda Xorvatiyanı Aurel Benoviç, Filip Ude, Cakov Vlahek və Tin Srbiç təmsil edəcəklər. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq. Dünya kuboku yarışlarında ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər. Geri qayıt |