Əsas Səhifə > Maraq > İordaniyalı jurnalist Azərbaycanda idmanın inkişafından yazıb

İordaniyalı jurnalist Azərbaycanda idmanın inkişafından yazıb


22-03-2022, 14:17
İordaniyalı jurnalist Azərbaycanda idmanın inkişafından yazıb


İordaniyalı xanım jurnalist Marina Suda “Əl Ənbat” qəzetində, həmçinin “Şaab”, Cohina” və “Əl Hərir” portallarında Azərbaycanda idmanın inkişafı haqqında məqalə ilə çıxış edib.
BrendSport.az xəbər verir ki, müəllif məqalədə Prezident İlham Əliyevin ölkədə idmanın və bədən tərbiyəsinin inkişafına diqqət və qayğısından bəhs edib. Diqqətə çatdırıb ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü kimi qeyd olunur, ölkənin bütün rayonlarında Olimpiya İdman kompleksləri, şahmat məktəbləri fəaliyyət göstərir.
Məqalədə Azərbaycanın böyük idman tədbirlərinə, o cümlədən I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarına ev sahibliyi etdiyi vurğulanıb. Müəllif diqqətə çatdırıb ki, ərəb ölkələrində şahmata həmişə böyük maraq göstərilib və bu sahədə bütün dünyada tanınmış qrosmeysterlər yetirmiş azərbaycanlıların təcrübəsindən istifadə etmək, birgə turnirlər keçirmək faydalı olar.
Geri qayıt