Əsas Səhifə > Maraq > Şəhriyar Məmmədyarov Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizəyə başlayır

Şəhriyar Məmmədyarov Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizəyə başlayır


21-03-2022, 17:24
Şəhriyar Məmmədyarov Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizəyə başlayır

Martın 21-də Almaniyanın paytaxtı Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi start götürür.
BrendSport.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək. Təmsilçimiz B qrupunda Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov və almaniyalı Vinsent Keymerlə mübarizə aparacaq.
Turnirdə ümumilikdə 16 şahmatçı iştirak edəcək.
Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.
Geri qayıt