Əsas Səhifə > Maraq > Boks üzrə millimiz Avropa çempionatında rekordunu təkrarlayıb

Boks üzrə millimiz Avropa çempionatında rekordunu təkrarlayıb


20-03-2022, 17:08
Boks üzrə millimiz Avropa çempionatında rekordunu təkrarlayıb

Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında rekordunu təkrarlayıb.
BrendSport.az xəbər verir ki, yığmamız bu nailiyyətə Xorvatiyanın Poreç şəhərində davam edən qitə birinciliyində imza atıb. Belə ki, boksçularımızdan Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) yarımfinala yüksəlməklə, özləri üçün ən azı 4 bürünc medalı rəsmiləşdiriblər. Növbəti görüşlərdə medalların əyarı dəqiqləşəcək.
İndiyədək millimiz yalnız 2012-ci ildə Rusiyada keçirilən U-22-lər arasında Avropa çempionatında 4 mükafata sahib olub. Yığma üzvlərindən Elvin İsayev (60 kq) qızıl, Salman Əlizadə (52 kq) gümüş, Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacıəliyev (64 kq) bürünc medal qazanıblar.
Bu gün yarımfinal döyüşlərinə çıxacaq boksçularımız yeni rekord da müəyyənləşdirə bilərlər. Bunun üçün onlardan ən azı 3-nün finala yüksəlməsi kifayət edəcək.
Geri qayıt