Əsas Səhifə > Maraq > Yeniyetmə karateçimiz Xorvatiyada keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb

Yeniyetmə karateçimiz Xorvatiyada keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb


19-03-2022, 11:20
Yeniyetmə karateçimiz Xorvatiyada keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb


Xorvatiyanın Samobor şəhərində keçirilən 30-cu Qran-Pri turnirində yeniyetmə karateçimiz Veronika Qaşnikova qızıl medal qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, 47 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz 14-15 yaşlı yeniyetmələr arasında yarışda Xorvatiya, İsveç, İtaliya və Macarıstandan olan rəqiblərini məğlub edərək qalib adına sahib olub.
Qeyd edək ki, Qran-Pridə 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşlı gənclərdən ibarət komandalarımız iştirak edirlər.
Turnirə 33 ölkədən 1769 idmançı qatılıb.
Geri qayıt