Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb


18-03-2022, 15:19
UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb

Martın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.
BrendSport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Çelsi” - “Real Madrid”;
“Mançester Siti” - “Atletiko Madrid”;
“Vilyarreal” - “Bavariya”;
“Benfika” - “Liverpul”.
Bu mərhələnin ilk oyunları aprelin 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək. Yarımfinalın ilk görüşləri aprelin 26-27-də, cavab matçları mayın 3-4-də oynanılacaq. Final qarşılaşmasına isə mayın 28-də Parisdəki “Stad de Frans” ev sahibliyi edəcək.
Geri qayıt