Əsas Səhifə > Maraq > Dövlət Miqrasiya Xidməti tərəfindən qanvermə aksiyası keçirilib
Dövlət Miqrasiya Xidməti tərəfindən qanvermə aksiyası keçirilib11-03-2022, 18:44 |
Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində ənənəvi qanvermə aksiyası keçirilib. DMX-dən BrendSport.az-a bildiriblər ki, talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya Dövlət Miqrasiya Xidmətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə reallaşdırılıb. Qanvermə aksiyasında DMX-nın 100-ə yaxın əməkdaşı ilə yanaşı, Miqrasiya könüllüləri, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan “Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü Gömrükçü” dəstəsi, “Gənc Könüllülər” Hərəkatı, Bakı Şəhər Halqası Könüllüləri və “Eko Könüllü Hərəkatı”nın 50-dən çox nümayəndəsi iştirak edib. Aksiyanın təşkili Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkimləri tərəfindən həyata keçirilib. Geri qayıt |