Əsas Səhifə > Maraq > Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunları keçiriləcək
Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunları keçiriləcək10-03-2022, 12:07 |
Martın 10-da UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin daha beş oyunu keçiriləcək. BrendSport.az xəbər verir ki, günün ilk matçında İspaniyanın “Sevilya” və İngiltərənin “Vest Hem Yunayted” komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər dörd görüş isə 00:00-da start götürəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” komandası İspaniyada “Barselona”nın qonağı olacaq. Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si keçiriləcək. Rusiyanın “Spartak” klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniyanın “Leyptsiq” komandası dörddəbir finala birbaşa vəsiqə qazanıb. İlk oyun günündə Fransanın “Lion” komandası Portuqaliyada “Portu”nu 1:0, Almaniyanın “Ayntraxt” klubu isə İspaniyada “Real Betis”i 2:1 hesabı ilə məğlub edib. Günün digər görüşləri aşağıdakılardır: “Sevilya” (İspaniya) – “Vest Hem Yunayted” (İngiltərə) “Qlazqo Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) “Braqa” (Portuqaliya) – “Monako” (Fransa) “Atalanta” (İtaliya) – “Bayer Leverkuzen” (Almaniya) “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək. Geri qayıt |