Əsas Səhifə > Maraq > Rəşad Sadıqov: Ağıllı oyun nümayiş etdirərək qələbə qazandıq
Rəşad Sadıqov: Ağıllı oyun nümayiş etdirərək qələbə qazandıq5-03-2022, 23:15 |
Son 2 turda rəqiblər bizə qarşı daha aqressivdir. BrendSport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII tur matçından sonra deyib. Qırx yaşlı mütəxəssis bildirib ki, əvvəl digər komandalar onlara qarşı bu qədər hazırlaşmırdı: "Futbolçularıma demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq. Hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Hər şeyi düzgün etmək istəyirik ki, nəticə yaxşı olsun". R.Sadıqov görüşün gərgin keçdiyini söyləyib: "Vacib qələbə qazandıq. Bu dəqiqə hər bir xal vacibdir. İlk 15-20 dəqiqədə külək bizə qarşı idi. Topla oynamaq və hücum etmək çətin idi. İkinci hissəyə isə daha yaxşı başladıq. Hər iki komandanın qol fürsətləri oldu. Sevindirici haldır ki, qalib gəldik". Onun sözlərinə görə, beynindəki bütün planları mətbuat konfransında açıqlaya bilməz: "Bu gün belə "11-liy"i görürdüm. Hamidu Keyta, əksinə, yaxşı oynadı. Qolda da xidməti var idi, özü də fərqlənə bilərdi. Hər şeyi danışa bilmirəm. Belə gördüm və qərar verdim". "Sumqayıt"in baş məşqçisi Aleksey Baqa: "Yenə də qol fürsətlərdən istifadə etməkdə çətinlik yaşadıq. Hansısa nüansı fərqləndirə bilmərəm. Burada bəxtsizlik, rəqibin oyunu və ustalıq səviyyəsini də qeyd etmək olar. Yenə qol xanamızda 0 rəqəmi oldu. Əlimizdə olan futbolçulardan nəsə etməyə çalışacağıq. Onlarla işləmək lazımdır. Mövsümün sonunda nə edəcəyimizə baxacağıq". Qırx bir yaşlı baş məşqçi hər iki komandanın yaxşı oyun sərgilədiyini bildirib: "Düzdür, nəticələr kifayət qədər mənfidir. Amma mövsüm davam edir. Öz üzərimizdə işləyəcək, qol vurmaqla bağlı problemi aradan qaldıracağıq. İnanıram ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Futbolda qara zolaq olur. Bu, həm normal, həm də anormal vəziyyətdir". A.Baqanın sözlərinə görə, məğlubiyyətdə konkret kimlərisə günahlandırmaq olmaz: "Məğlub oluruqsa, komanda şəklində uduzuruq. Sistemi dəyişmək mümkündür. Lap bir müdafiəçi ilə də oynamaq olar. Bununla heç nə dəyişmir. Məğlubiyyət zəncirvari amillərdən yaranır. Dayaq yarımmüdafiəçiləri, hücumçuların da bunda günahı var. Sistemi dəyişməklə heç nə dəyişməyəcək. Bu, çıxış yolu deyil". Mütəxəssis meydanın kənarında emosional olduğunu etiraf edib: "Hərdən bunlar paltardəyişmə otağına da sirayət edir. Özümə heç kimi bəyəndirmək fikrim yoxdur". O, cari mövsümü yola vermədiklərini vurğulayıb: "Növbəti mövsüm barədə fikirlər yoxdur. Paltardəyişmə otağında da dedim ki, kim bu mövsümü yola verməyi düşünürsə, bizimlə olmayacaq. Futboldur, 3 oyun qalib gələndən sonra səni əl üstündə gəzdirir, az qala Yurgen Klopp səviyyəsinə qaldırırlar. Məğlub olanda isə tənqid olunursan. Bunu normal qarşılayıram". Geri qayıt |