Əsas Səhifə > Maraq > Azərbaycan Premyer Liqası: “Zirə” qələbə qazanıb
Azərbaycan Premyer Liqası: “Zirə” qələbə qazanıb5-03-2022, 20:49 |
Martın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. BrendSport.az xəbər verir ki, açılış matçında "Zirə" klubu "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qartallar"ın heyətində yeganə qolu 65-ci dəqiqədə Mohamed Hamdaui vurub. Bu qələbədən sonra xallarını 34-ə çatdıran "Zirə" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 13 xalı olan "Sumqayıt" isə yeddinci pillədə qalıb. Komandalar Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Bunların 12-də meydan sahibləri, 6-da qonaqlar meydanı üç xalla tərk ediblər. Topların nisbətində də "Zirə" üstündür - 33:21. Paytaxt klubu son 5 oyunda rəqibinə uduzmayıb. “Sumqayıt” isə son 4 qarşılaşmada qol vura bilməyib. Günün ikinci matçında son çempion "Neftçi" "Səbail" komandaları qarşılaşır. Görüş öncəsi "ağ-qaralar" 28 xalla 4-cü, "dənizçilər" 11 xalla sonuncu - 8-ci yerdədir. Paytaxt təmsilçiləri çempionatda 17 dəfə qarşılaşıblar. 12 dəfə meydan sahiblər, 2 dəfə qonaqlar qələbə qazanıb. Topların nisbətində də "Neftçi"nin aşkar üstünlüyü var - 38:11. Bu oyunlarda meydan sahiblərindən "Neftçi" qalib gəldiyi halda, "Zirə" uduzsa, 3-cü pilləni şəxsi matçlardakı üstünlüyünə görə "ağ-qaralar" ələ keçirəcək. Qonaqlara gəldikdə, "Səbail" qələbə qazanacağı, "Sumqayıt" isə məğlub olacağı təqdirdə, "dənizçilər" sonuncu pillədən qurtulacaq və hazırkı yerini "gənclik şəhəri" təmsilçisinə ötürəcək. Qeyd edək ki, günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşacaq. Tura martın 6-da oynanılacaq "Keşlə" - "Sabah" və "Qarabağ" - "Qəbələ" matçları ilə yekun vurulacaq. Geri qayıt |