Əsas Səhifə > Maraq > “İdman həftəsi” çərçivəsində voleybol turniri keçirilir
“İdman həftəsi” çərçivəsində voleybol turniri keçirilir3-03-2022, 23:00 |
Gənclər və İdman Nazirliyinin (GİN) fevralın 27-dən start verdiyi, 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində voleybol turniri başlayıb. Gənclər və İdman Nazirliyindən BrendSport.az-a bildiriblər ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışın açılış mərasimində AVF-nin baş katibi Fərid Xəlilov və GİN-nin sektor müdiri Nicat Həsənov çıxış edərək komandalara uğurlar arzulayıblar. Sonra yarışın ilk matçı start götürüb. Maraqlı mübarizə şəraitində keçirilən turnirdə Bakı şəhərinin gənclər və idman idarələrinin əməkdaşlarından ibarət “Bakı” komandası Gənclər və İdman Nazirliyinin "GİN" komandasına 2:0 (25:19, 25:18) hesabı ilə qalib gəlib. AVF-in “Veteranlar”ı isə jurnalistlərdən ibarət “Media” komandasını həmin hesabla (25:7, 25:7) məğlub edib. Reqlamentə əsasən, sabah birinci yer uğrunda "Veteranlar" komandası "Bakı" ilə, 3-cü yer üçün isə "Media" "GİN" komandası ilə mübarizə aparacaq. Geri qayıt |