Əsas Səhifə > Maraq > Məktəb-Lisey Kompleksinin komandası “İdman ruhun qidasıdır” devizi altında yarışın qalibi olub
Məktəb-Lisey Kompleksinin komandası “İdman ruhun qidasıdır” devizi altında yarışın qalibi olub2-03-2022, 16:16 |
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman həftəsi” çərçivəsində “İdman ruhun qidasıdır” devizi altında minifutbol üzrə rayon yarışı keçirilib. BrendSport.az xəbər verir ki, Məktəb-Lisey Kompleksinin komandası yarışın qalibi olub. İkinci və üçüncü yerlərə 212 və 82 nömrəli tam orta məktəblərin komandaları sahib olublar. Yarışın mükafatlandırma mərasimində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, belə tədbirlərin təşkilində əsas məqsədin uşaq, yeniyetmə və gənclərdə idmana maraq yaratmaq, onların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği olduğunu bildirib. Sonda qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medalla təltif olunublar. Geri qayıt |