Əsas Səhifə > Maraq > Rusiya və Belarus idmançıları stolüstü tennis üzrə beynəlxalq turnirlərdə iştirakdan müvəqqəti olaraq kənarlaşdırılıblar

Rusiya və Belarus idmançıları stolüstü tennis üzrə beynəlxalq turnirlərdə iştirakdan müvəqqəti olaraq kənarlaşdırılıblar


2-03-2022, 18:51
Rusiya və Belarus idmançıları stolüstü tennis üzrə beynəlxalq turnirlərdə iştirakdan müvəqqəti olaraq kənarlaşdırılıblar

Rusiya və Belarus idmançıları stolüstü tennis üzrə beynəlxalq turnirlərdə iştirakdan müvəqqəti olaraq kənarlaşdırılıblar.
BrendSport.az
saytı xəbər verir ki, bu barədə Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ITTF icraiyyə komitəsi idman ictimaiyyəti ilə məsləhətləşdikdən sonra iclas keçirib. İclasda Beynəlxalq Olimpiya Komitəsi icraiyyə komitəsinin tövsiyələrini dərhal yerinə yetirmək qərara alınıb. Buna görə də, növbəti bildirişədək Rusiya və Belarus oyunçuları və rəsmiləri yarışa dəvət edilməyəcək və ya buraxılmayacaqlar. ITTF-in bayrağı altında keçiriləcək yarışlarda Rusiya və ya Belarus milli rəmzləri, rəngləri və bayraqları nümayiş etdirilməyəcək.


Geri qayıt