Əsas Səhifə > Maraq > Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb1-03-2022, 16:39 |
Azərbaycan Premyer Liqasının XVII turunda cəmi 6 qol vurulub. Orta məhsuldarlıq 1,50-yə bərabər olub. Bu, mövsümün antirekordudur. BrendSport.az xəbər verir ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən çempionatın XXI turunda təsadüf olunub. Həmin vaxt 4 görüşdə cəmi 5 qol vurulub. Məhsuldarlıq 1,25-ə bərabər olub. Qeyd edək ki, “Sabah”ın “Neftçi”yə, “Səbail”in “Zirə”yə eyni – 0:1 hesabı ilə, “Sumqayıt”ın “Qəbələ”yə 0:4 hesabı ilə uduzduğu turda “Keşlə” və “Qarabağ” qolsuz sülhə imza atıb. Geri qayıt |